Qeyd olunan xəbərdən sonra Fəzail Ağamalı açıqlamasında hazırda oğlu ilə əlaqəsinin olmadığını bildirmişdi.
Qeyd olunan xəbər mediada böyük sensasiyaya səbəb olmuşdu.
Ozəl mənbədən yeni məlumatlar əldə edib. Fəzail Ağamalının hər kəsdən gizli saxladığı İlqar Ağamalının hazırda Almaniyada yaşadığı və iki oğul övladının olduğu üzə çıxıb. Mənbənin verdiyi məlumata görə, İlqar Ağamalı övladının birinə atasının adını verib. Digər oğlunun adı isə Borisdir.
Fəzail Ağamalının qeyri-rəsmi əlaqəsi olan həmin qadının adı İradır. O, Elmlər Akademiyasında çalışıbmış. Sayt yazır ki, ailə hazırda Almaniyanın Hamburq şəhərində yaşayır. Fəzail Ağamalının rus xanımdan evlilikdən olan nəvələri 12 və 14 yaşındadırlar.
Tehsil-press.az







