“10 manatlıq bileti 50-dən aşağı satan yoxdur” - "Qara bazar" iddiası - VİDEO

“10 manatlıq bileti 50-dən aşağı satan yoxdur” - UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Çelsi" oyununa biletlər satışa çıxdığı an bitdi. Bu gün isə oyununun biletləri "qara bazar"da iki-üç dəfə baha satılır.

Saniyələr ərzində minlərlə biletin satıldığı deyilir. Bir neçə saat ərzində isə bütün yerlər doldu.

Azərkeşlər biletlərin "qara bazar"da baha olduğunu, ona görə də oyuna gedə bilməyəcəklərini deyirlər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirildi ki, neqativ hallara qarşı polis tərəfindən tədbirlər görülür.

Qeyd edək ki, "Qarabağ"ın Çempionlar Liqasında növbəti oyunu "Çelsi"yə qarşı olacaq. Oyun noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.



Tehsil-press.az

Oxşar xəbərlər