
Bu sözləri Axar TV-yə həyat hekayəsini danışan Nərgiz Paşazadə deyib.
Nərgiz Paşazadə müsahibəsi zamanı bildirib ki, özümə-gözümə, saçlarıma çox aşiq idim:
“Ancaq dörd il öncə süd vəzi xərçəngi üzə çıxandan sonra çox ağır əməliyyat keçirib, müalicələr almalı oldum. Saçlarım sürətlə töküldü. Təəssüf ki, mən xərçəngə qalib gəldiyimi dediyim anda ikinci dəfə xəstəlik aşkarlandı. Həmin zamanlarda başımı yastıqdan qaldıranda saçımı yastığın üzərində görüb dəli olurdum. Ancaq vaxt keçdikcə xəstəliklə bacı oldum, hətta aldığım kimyaterapiyaları əzizləyirdim.
Həmişə bir yerdə olduğum rəfiqələrim məndən xəstəliyimə görə uzaqlaşmışdı. Hətta xatırlayıram, ətrafımdan olan xanımlardan biri digərinə olduqları məkana məni də dəvət etməyi təklif etmişdi. Həmin yaxınım da “biz o keçəli neynirik?” deyə cavab vermişdi. Ancaq mən ikinci dəfə xəstəliyə qalib gəldikdə hamısı yenidən mənlə yaxın rəfiqə olmağa başladı”.
N.Paşazadə bütün çətinliklərə rəğmən xərçəngə necə qalib gəldiyindən, ətrafındakı dostlarından və həyata olan inamından danışıb.
Daha ətraflı videoda:
Tehsil-press.az