Ukrayna üzrə danışıqlar dərhal bərpa olunmalıdır! - Fidan

Ukrayna üzrə danışıqlar dərhal bərpa olunmalıdır! - Fidan Ukrayna ilə bağlı danışıqlar dayandırıldığı mərhələdən davam etdirilməlidir.

Bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan italiyalı həmkarı Antonio Tayani ilə keçirdiyi mətbuat konfransında deyib.

"Sülh və atəşkəslə bağlı danışıqlar dayandırıldığı nöqtədən bərpa olunmalıdır. Türkiyə və İtaliya bu müharibənin dərhal dayandırılmasının zəruriliyi ilə bağlı fikirlərində yekdildir. Mən bunu hörmətli həmkarımla müzakirə etmişəm. Bu, təkcə regional təhlükəsizliyi təhdid etmir, həm də qlobal təhlükəsizliyə ciddi təhdid yaradır. Əvvəldən müharibənin sona çatmasının vacibliyini dəfələrlə və israrla vurğulamışıq”, - deyə Fidan bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər