Rusiya və Türkiyə XİN başçıları Krım tatarlarının vəziyyətini müzakirə ediblər

Rusiya və Türkiyə XİN başçıları Krım tatarlarının vəziyyətini müzakirə ediblər Moskvada səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşəcək.
Bu barədə o, rusiyalı həmkarı Sergey Lavrov ilə Moskvada keçirilən görüşün yekunlarına dair təşkil olunmuş mətbuat konfransında bildirib.
H.Fidan qeyd edib ki, Rusiya XİN başçısı ilə danışıqlar zamanı taxıl müqaviləsinin yerinə yetirilməsi, Ukrayna münaqişəsinin diplomatik yollarla nizamlanması, Suriya və Orta Asiyada vəziyyət, iqtisadi və energetika sahələrində əlaqələr, eləcə də Rusiya və Türkiyə liderlərinin Soçi görüşünə hazırlıq məsələləri müzakirə olunub. Nazir Krım tatarlarının vəziyyətinin də danışıqlar mövzusu olduğunu vurğulayıb.

Tehsil-press.az



Oxşar xəbərlər