
Bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Məlumata görə, sentyabrın 15-də polis ifrat sağçı siyasətçi Mey Qolanın ofisində axtarış aparıb. Qolanın əvvəllər müşaviri olmuş vəkil isə həbs edilib.
Nazirin müşavirinin (adı hələ açıqlanmır) evində aparılan axtarışlar zamanı narkotik laboratoriyası aşkarlanıb. Yerli mətbuatın yazdığına görə, marixuananın yetişdirilməsinə onun əri cavabdeh olub.
Qolanla bağlı istintaq bir neçə aydır ki, davam edir. O,maliyyə pozuntuları, o cümlədən büdcə vəsaitlərindən sui-istifadə və fırıldaqçılıqda şübhəli bilinir. Qolan istintaqla əməkdaşlıq etməkdən imtina edib.
Tehsil-press.az