Uorlik və Nalbandyan Qarabağ münaqişəsini müzakirə ediblər

Uorlik və Nalbandyan Qarabağ münaqişəsini müzakirə ediblər Həmsədr tvit yazıb.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik və Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçirilib.
Bu barədə amerikalı həmsədr Ceyms Uorlik “Twitter” səhifəsində yazıb.
“Ermənistan xarici işlər naziri ilə ATƏT-in araşdırma mexanizminin yaradılması təklifi də daxil olmaqla, Vyana sammiti qərarlarının həyata keçirilməsi ilə bağlı əla müzakirələrimiz oldu”, – deyə C.Uorlik bildirib. Qeyd edək ki, amerikalı həmsədr və Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov arasında mayın 31-də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müzakirələr aparılmışdı.


Tehsil-press.az

Oxşar xəbərlər