Bakıda sərnişin avtobusu minik maşını ilə toqquşdu - 2 ölü

Bakıda sərnişin avtobusu minik maşını ilə toqquşdu - 2 ölü Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Tehsil-press-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə paytaxtın Qaradağ rayonunda baş verib.
“Mercedes” markalı minik avtomobilinin “İsuzu” markalı sərnişin avtobusu ilə toqquşması nəticəsində 2 nəfər ölüb.
Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub. Qəza nəticəsində “Mercedes” markalı avtomobil deformasiyaya uğrayıb, içərisində olan 2 sərnişin aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış meyitləri avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Tehsil-press.az

Oxşar xəbərlər