Xətaidə köməksiz qalmış 3 azyaşlı xilas edildi

Xətaidə köməksiz qalmış 3 azyaşlı xilas edildi Xətai rayonunda mənzildə köməksiz vəziyyətdə qalan 3 azyaşlı xilas edilib.

Tehsil-press.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda Xətai rayonunda 3 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və azyaşlıları valideynlərinə təhvil veriblər. Əməliyyat saat 14:50-də başa çatıb.

tehsil-press.az

Oxşar xəbərlər