Bakıda 75 yaşlı qadının cəsədi aşkar edilib

Bakıda 75 yaşlı qadının cəsədi aşkar edilib Bakıda mənzildə cəsəd tapılıb.

Tehsil-press.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1941-ci il təvəllüdlü Nəzərova Amaliya Bağır qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 20:32-də başa çatıb.

tehsil-press.az

Oxşar xəbərlər