
Hadisə “Ford Tranzit” markalı mikroavtobusla “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsini idarə edən sürücülər ölüb. Onlardan biri Beyləqan rayon sakini 1967-ci il təvəllüdlü Vəliyev Məhəmməd Bəylər oğlu, digəri isə “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı 1972-ci il təvəllüdlü Musayev Rabil Hizbullah oğludur. Mikroavtobusda olan 12 sərnişinin xəsarət aldığı bildirilir.
tehsil-press.az