
Bu proses necə tənzimlənir?
Hüquqşünas Ramil Süleymanov deyib ki, müəyyən kateqoriyadan olan çalışanları iş saatı onların ərizəsi əsasında azaldıla bilər:
“Əmək Məcəlləsinin 91-ci maddəsinə görə, 16 yaşına qədər olan işçilər həftədə 24, 16-18 yaş arası işçilər isə həftədə 36 saat işləyirlər. Fiziki sağlamlığının 61, yaxud 81 faizdən çox hissəsini itirmiş, yəni I və II qrup əlilliyi olan şəxslər üçün də həftəlik 36 saatlıq iş vaxtı müəyyən edilir. Hamilə qadınlar, yaş yarımadək, eləcə də üç yaşınadək uşağı olan qadınlar üçün də onların ərizəsi əsasında qısaldılmış 36 saatlıq iş vaxtı tətbiq olunur. Əgər işçi qısaldılmış iş vaxtından artıq çalışmaq istəyirsə, bu, yalnız onun yazılı ərizəsi və razılığı əsasında mümkündür”.
Hüquqşünas qeyd edib ki, natamam iş vaxtı tətbiq edildikdə, vətəndaşın əməkhaqqısı işlədiyi vaxta mütənasib hesablanır:
“Lakin bu, onun əmək hüquqlarına və sosial təminatına təsir etmir. Yəni işçi eyni məzuniyyət, sosial sığorta və digər hüquqlardan tam şəkildə yararlana bilir”.
Tehsil-press.az