
Hüquqşünas Ramil Süleymanov açıqlamasında iş sahələrində işçilərin başı üzərində müşahidə kameralarının quraşdırılmasını şəxsi həyata birbaşa müdaxilə kimi qiymətləndirib.
Onun sözlərinə görə, burada digər məqamları da nəzərə almaq lazımdır:
“İşçi iş vaxtı ərzində şəxsi həyatı ilə məşğul ola bilməz və yalnız əmək funksiyalarını yerinə yetirməyə borcludur. Bu səbəbdən də zaman-zaman bu məsələ ilə bağlı işəgötürənlərlə işçilər arasında mübahisələr yaranır. İşəgötürən tərəfindən işçinin müəyyən işləri görməsi və ya görməməsi ilə bağlı nəzarət halları əlavə narazılıqlara səbəb olur. Qeyd etmək lazımdır ki, heç kim heç kimi məcburi əməyə cəlb edə bilməz. İşçi həmin iş yerində əmək şəraitini və əmək fəaliyyətinin necə həyata keçirildiyini əvvəlcədən müşahidə edir və bunu qəbul edərək işə başlayır. Əgər qəbul etmirsə, əmək müqaviləsini imzalamır”.
R.Süleymanov qeyd edib ki, əgər sonradan əmək şəraitində dəyişiklik edilirsə və işçi bunu qəbul etmirsə, o halda kompensasiya və son haqq-hesabını alaraq əmək münasibətlərinə xitam verilməsi üçün ərizə ilə müraciət edə bilər.
Tehsil-press.az