Bakıda müğənni qəzada öldü

Bakıda müğənni qəzada öldü Ötən gecə paytaxtda baş verən ağır yol qəzasında dünyasını dəyişən qadının müğənni olduğu məlum olub.

Hadisə Dövlət Bayrağı Meydanının yaxınlığında qeydə alınıb. 2002-ci il təvəllüdlü S. Mehdizadənin idarə etdiyi "Hyundai Elantra" markalı avtomobil yolu keçən 1988-ci il təvəllüdlü Vlada Vladislavovna Axundovanı vurub. Qadın hadisə yerində həyatını itirib.

Qəza nəticəsində həyatını itirən 37 yaşlı Vlada Axundova musiqi sahəsində tanınan ifaçı olub. O, müxtəlif musiqi müsabiqələrində və "Səs Azərbaycan" yarışmasında iştirak edib.

Qəza ilə bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər