Bakıda iki gənc avtomobildə güllələndi

Bakıda iki gənc avtomobildə güllələndi Bakının Keşlə qəsəbəsində güllələnmə hadisəsi baş verib.
Gecə saatlarında 10-TO-170 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı avtomobildə 2 nəfər güllələnib.
Həmin şəxslər 1991-ci il təvəllüdlü Tural Babayev və 1988-ci il təvəllüdlü Asif Bağırovdur.
T.Babayev hadisə yerində dünyasını dəyişib. A.Bağırov isə ağır yaralı halda 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Ona mədə divarınn açıq güllə yarası diaqnozu qoyulub.
Hadisənin kim və ya kimlər trəfindən törədildiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər