Hərbi Paradın aparıcıları topa tutuldu: Bir paradı ki,Nanə apara...

Hərbi Paradın aparıcıları topa tutuldu: Bir paradı ki,Nanə apara... Xəbər verdiyimiz kimi,dünən Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən bir hadisə yaşandı.

Qələbəmizin 5 illik münasibəti ilə Azadlıq meydanında Zəfər Paradı baş tutdu.Paradda Azərbaycan lideri ilə yanaşı qardaş ölkələr -Türkiyə və Pakistan liderlərinin də iştirakı tədbirə əlavə rəng qatdı.Bu,həm də Azərbaycana verilən bir dəyər idi.Parad yüksək səviyyədə baş tutdu.Hərbi baxımdan heç bir müzakirəyə ehtiyac qalmayan Hərbi Paradın görüntüləri sosial mediada viral oldu.

Hərbi Paradla bağlı müzakirə olunan məsələlərdən biri də tədbirinin aparıcısının kimlər olması mövzusudur.Tədbirdə AzTV-nin əməkdaşı Mümtaz Xəlilzadə aparıcılıq edib. Ona bu missiyada ATV-nin aparıcısı Nanə Ağamalıyeva həmkarlıq edib.Qeyd olunan şəxslərin belə bir ciddi və mötəbər tədbirdə aparıcı olması birmənalı qarşılanmayıb.Bununla bağlı bir sıra şəxslər tənqidi fikirlər səsləndiriblər.ATV kanalının aparıcısı Nanə Ağamalıyevə daha çox şou xarakterli verilişlərin müəllifi kimi tanınıb.AZTV-nin əməkdaşının gənc olması və bu,sahədə təcrübəsinin az olması fikri irəli sürülüb.

Əməkdar jurnalist Ləman Ələşrəfqızı bu haqda yazır:

“Abdulla Qurbani indi bığaltı qımışır. Deyir, məni bəyənmirdiz, çəkin cəzanızı”.Jurnalistin bu,statusununa müxtəlif şərhlər yazılıb.

Keçmiş Qarabağ döyüşçüsü Rey Kərimoğlu “düzdü,Ləman.Bu parada ssenarini kim yazıb?Proqramı kim hazırlayıb?”,şərhini yazıb.

Jurnalist və aparıcı Zaur Qəriboğlu “gerçəkdən də, bu nə aparıcılıq idi?!”- deyə mövqeyini bildirib.

“Bir paradı ki,Nanə apara...Ölkədə bütün aparıcılar qırılıb qurtara gərək ki,əlacsız qalıb Nanə kimi mənasız səsə,və boş qazan kimi danqıldayan başa həvalə edəsən...”,-televiziya rejissoru Vüsalə Mirzoyeva bildirib.

Nəzakər Qəffarova adlı istifadəçi “ən yaxşısı Şəmistan Əlizamanlı idi. Gərək o aparardı.” şərhini verib.

Şəhla Cabbarlı adlı digər sosial şəbəkə istifadəçisi “Parad rəsmi, Aztv stilində bir tədbir idi, təntənəli deyildi.

Oğlanın səsi gözəldir,təmiz və aydındır,söz yox.Amma paradda daha çox şuxluq, coşdurmaq lazımdır.İfa edilən musiqilərlə ahəng olmadı.

Abdulla Qurbani boş qalan vaxtlarda da dayanmırdı, şeir deyirdi, amma çox qışqırırdı.

Ayrıca,bizim bağçada öyrəndiyimiz “Sıravi Əhməd” mahnısı heç yaraşmadı bu parada”,-şərhini qeyd edib.

Jurnalist Ləman Ələşrəfqızının paylaşımına çoxlu sayda bu mövzuda şərhlər gəlib.

Bəs,bu tip tədbirlərin adət etdiyimiz siması olan Abdulla Qurbani Hərbi Paraddan niyə kənarda qalıb?

Sosial mediada ən çox verilən suallardan biri də bu olub.Əməkdaşımız Abdulla Qurbaninin özü ilə əlaqə saxlamaq istəsə də,zənglərimizə cavab verilmədi.

Tehsil-press.az

Oxşar xəbərlər