Rusiyanın 10-dan çox şəhərində Qələbə paradı ləğv edilib

Rusiyanın 10-dan çox şəhərində Qələbə paradı ləğv edilib Rusiyanın 10-dan çox şəhərində iyunun 24-ə nəzərdə tutulmuş Qələbə paradı ləğv edilib.
Bu qərar koronavirus pandemiyası ilə əlaqədar qəbul olunub.
Bu gün paradın ləğv edilməsini Yakutsk, Çelyabinsk və Penza şəhərləri elan edib. Bundan əvvəl Kursk, Yaroslavl, Pskov, Orenburq və digər şəhərlər eyni qərarı açıqlamışdı.
Xatırladaq ki, Böyük Vətən Müharibəsində qələbənin 75-ci ildönümü ilə əlaqədar hərbi parad pandemiyaya görə mayın 9-dan iyunun 24-ə keçirilmişdi.
Hələlik, paradın Rusiyanın 28 şəhərində təşkil olunması planlaşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər