Gənclər və İdman naziri Fərid Qayıbov Dövlət Bayrağı Günü münasibətilə sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.Nazir özünün şəxsi səhifəsində Bakı bulvarında çəkilmiş fotosunu paylaşıb. Şəkildə Fərid Qayıbov velosipedin yanında dayanıb, arxa planda isə ucaldılmış nəhəng Azərbaycan bayrağı görünür.
Fərid Qayıbov paylaşımına “Dövlət Bayrağı Günümüz mübarək!” sözlərini əlavə edib.
Qeyd edək ki, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu gün ölkənin hər yerində üçrəngli bayrağımızın şərəfinə müxtəlif tədbirlər keçirilir, ictimaiyyət nümayəndələri və dövlət rəsmiləri sosial mediada təbrik mesajları paylaşırlar.
Nazirin həmin fotosunu təqdim edirik:
Tehsil-press.az







