Sabirabadda Dövlət Bayrağı günü münasibəti ilə silsilə tədbirlər keçirilir

Sabirabadda Dövlət Bayrağı günü münasibəti ilə silsilə tədbirlər keçirilir 9 Noyabr Azərbaycanda Dövlət Bayrağı günüdür.Dövlət Bayrağı hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin şərəfi,qüdrəti olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynayır. Azərbaycanın müstəqillik rəmzi olan Dövlət Bayrağı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də ilk dəfə Naxçıvanda ucaldılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 Noyabr 2009-cu il tarixli Fərmanı ilə 9 Noyabr Dövlət Bayrağı günü elan edilib. Noyabrın 5-də Sabirabad rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Sabirabad rayon orta ümumtəhsil müəssisələrində (M.Ə.Sabir adına 1saylı tam orta məktəb, N.Gəncəvi adına 5 saylı tam orta məktəbi) 9 Noyabr “Dövlət Bayrağı günü” münasibətilə Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Rəsm dərnəyi” üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi keçirilmişdir.Rəsm dərnəyinin rəhbəri Fərhad Əsgərov şagirdləri salamlayaraq onları sərgi münasibətilə təbrik edib.Bildirib ki,bu cür tədbirlər şagirdlərin təfəkkürünə,onların dünya görüşünün formalaşmasına,mənəvi dünyasının zənginləşməsinə mühüm təsir göstərir. 9 Noyabr “Dövlət Bayrağı günü” adı altında Respublika Bayraq gününə həsr olunmuş sərgidə dərnək üzvlərinə Fəxri Fərmanlar təqdim edilib.

Sabirabad Regional Mədəniyyət idarəsinin
mətbuat xidmət


Sabirabadda Dövlət Bayrağı günü münasibəti ilə silsilə tədbirlər keçirilir

Sabirabadda Dövlət Bayrağı günü münasibəti ilə silsilə tədbirlər keçirilir

Oxşar xəbərlər