
Tehsil-press.az bildirir ki, ÇAXAL-ın ərazidəki fəaliyyət koordinatoru general-mayor Yoav (Poli) Mordexay 83 min fələstinlinin Ramazan bayramında İsrailə getmək üçün icazəsini ləğv etməyi əmr edib. General Mordexayın əmri iyunun 9-na keçən gecə Tel-Əvivdəki ÇAXAL qərargahında təhlükəsizlik sistemi rəhbərlərinin xüsusi iclasında səsləndirilib. Xatırladaq ki, ötən gecə Tel-Əvivdə terror aktı baş verib. Silahlı şəxslərin yoldan keçənlərə atəş açması nəticəsində 4 nəfər həlak olub.
Tehsil-press.az