Professor “Sitogenetik üsullar” və “RNT əsaslı gen terapiyaları” mövzularında müasir elmi yanaşmalar barədə məlumat verib. Qeyd edib ki, gen terapiyasının məqsədi xəstəliyə və ya sindroma səbəb olan spesifik genin pozulmuş funksiyasını bərpa etməkdir. O, molekulyar bioloji metodların tətbiqi ilə müxtəlif onkoloji xəstəliklərin tədqiqi və gen terapiyalarının həyata keçirilməsi imkanları haqqında iştirakçıları ətraflı şəkildə məlumatlandırıb.
Ustad dərsi zamanı professor tələbələrdə elmi araşdırmalara marağın artırılması, motivasiyanın gücləndirilməsi və elmi fəaliyyətə yönəlmə mövzularında dəyərli tövsiyələr verib.
O həmçinin auditoriyanı maraqlandıran sualları cavablandırıb.
Tehsil-press.az







