BDU-nun “SABAH” qruplarının tələbələri üçün ustad dərsi: İctimai sağlamlıq və texnologiya

BDU-nun “SABAH” qruplarının tələbələri üçün ustad dərsi: İctimai sağlamlıq və texnologiya Münhen Texniki Universitetinin Sosial elmlər, Texnologiya və Cəmiyyət İnstitutunun elmlər doktoru Aysel Sultan Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının müvafiq ixtisaslarının II, III, IV kurs tələbələrinə “İctimai sağlamlıq və texnologiya” mövzusunda ustad dərsi keçib.
Ustad dərsində ictimai sağlamlıq və texnologiya haqqında ümumi məlumatlar nümunələr əsasında təqdim olunub. Məruzəçi bu istiqamətlərin Azərbaycanda inkişaf tendensiyasından bəhs edib.
Dərsdə ontologiya və epistemologiya mövzularına toxunularaq sosioloji yanaşmalar müzakirə olunub.
Sonda texnologiyanın insanları bir araya gətirən, eyni zamanda, uzaqlaşdıran platforma olduğuna dair diskussiya aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər