
Ustad dərsi Azərbaycan Tibb Universitetinin Tibbi Mikrobiologiya və immunologiya kafedrasının professoru, biologiya elmləri doktoru Nigar Ağayeva tərəfindən aparılıb. Professorun “Virusların bioloji xüsusiyyətlərinin öyrənilməsinin müasir dövrümüzdə rolu və COVID-19 infeksiyası” mövzusunda məruzəsi dinlənilib.
N.Ağayeva virusların quruluşu, növləri, təsnifatı, çoxalması, kultivasiyası, gen mutasiyaları, törətdiyi xəstəliklər, yoluxma mexanizmlərindən danışıb.
Mütəxəssis və tələbələrin iştirak etdikləri ustad dərsində, eyni zamanda, COVID-19 infeksiyası, onun növləri, quruluşu, kultivasiyası, mutasiya və rekombinasiyaları, koronavirusla mübarizə yolları haqqında məlumat verilib. Koronavirusların yeni variantlarına qarşı immunitet yaranma mexanizmləri təqdim edilib. COVID-19-un diaqnostikası, müalicə imkanları, dünyada və ölkəmizdə istifadə olunan peyvənd növlərindən bəhs olunub.
Sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.
Tehsil-press.az