Gürcüstanın Marneuli rayonundakı 4 saylı rusdilli ictimai məktəbin direktoru vəzifəsini icra edən şəxs rüşvət üstündə saxlanılıb.Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib.
Məlumata əsasən, azərbaycanlı qadın olan həmin şəxs sertifikatın verilməsi üçün tələb olunan imtahanlara görə vətəndaşdan 300 ABŞ dolları məbləğində rüşvət alıb.
Faktla bağlı cinayət işi açılıb. Törədilmiş cinayət əməlinə görə 6 ildən 9 ilədək müddətə həbs cəzası nəzərdə tutulur.
Tehsil-press.az






