Gürcüstanda bazarda kütləvi dava - 4 azərbaycanlı yaralandı

Gürcüstanda bazarda kütləvi dava - 4 azərbaycanlı yaralandı Gürcüstanın Telavi rayonunda bazarda dava düşüb.
6 nəfər Vardisubani kənd sakini Qaracala kənd sakini olan azərbaycanlılara hücum ediblər.
Odlu silahın istifadə edildiyi davada 3 azərbaycanlı yaralanıb. 14 yaşlı bir yeniyetmə isə müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar dərhal rayon mərkəzindəki xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, dava bazarda mal-qaranın saxlanıldığı yer üstündə düşüb. Belə ki, 1 həftə öncə Vardisubani sakinləri Qaracala kənd sakinlərindən mal-qaranın bazarda onların yerindən çıxarılmasını tələb ediblər. Tələbə əməl olunmadığı üçün məsələni bu formada həll etmək qərarına gəliblər.
Qeyd edək ki, faktla bağlı cinayət açılıb, araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər