
Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. "O ki qaldı dünən Rusiya XİN-in saytında gedən məlumata, qeyd etmək istəyirəm ki, bu, korrektə edilməmiş məlumat olub. Qriqori Karasinlə Fransa səfirinin görüşündə Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsi iıə bağlı sammitin keçirilməsinin mümkünlüyü müzakirə olunub. Burada konkret görüşün keçiriləcəyindən deyil, keçirilməsinin mümkünlüyündən söhbət gedir. Ona görə də biz həmin məlumatı korrektə elədik", - deyə M. Zaxarova vurğulayıb.
Tehsil-press.az