Peskov deyib ki, görüş təmkinli optimizm üçün əsas verir.
Ermənistan və Azərbaycan prezidentlərinin görüşü Dağlıq Qarabağda sabitləşməyə ümidləri artıracaq. Tehsil-press.az-ın məlumatına görə, bu sözləri Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib. O, bildirib ki, Vyana görüşü Qarabağ münaqişəsinin həlli ilə bağlı Serj Sarkisyan və İlham Əliyev arasında görüş təmkinli optimizm üçün əsası verir.
Dmitri Peskov - Rusiya prezidentinin mətbuat katibi
Prezidentlərin görüşü barədə məlumat yayılandan sonra ilk açıqlama da Kremldən gəlmişdi. Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayədəsi Mariya Zaxarova bildirmişdi ki, görüşdə əsas məqsəd məsləhətləşmələr aparmaq, təmas xəttində hərbi riskləri azaltmaqdan ibarətdir. Zaxarova belə görüşlər danışıqlar prosesinin bərpa olunmasına kömək edəcəyini demişdi.
Prezidentlər arasında görüş ötən gün baş tutub. Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə baş tutub. Serj Sarkisyan və İlham Əliyevin görüşündə ABŞ dövlət katibi Con Kerri, Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro iştirak edib. Görüş iki saatdan artıq davam edib.
Toplantının sonunda ATƏT –in Minsk qrupu bəyanatla çıxış edib. Sənəddə deyilir ki, "Prezidentlər atəşkəsə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiqləyiblər. Tərəflər təmas xəttində gərginliyi azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırıcı mexanizmləri üzərində işi başa çatdırmaq barədə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud rəhbərliyinin səlahiyyətlərini genişləndirməsi barədə razılığa gəliblər”.
Tərəflər həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə itkin düşmüş şəxslər barəsində məlumatların mübadiləsini davam etdirmək barədə razılığa gəliblər.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Ermənistan Respublikası rəhbəri Serj Sarkisyan münaqişənin hərtərəfli nizamlanmasına dair dialoqun bərpası üçün danışıqların növbəti raundu barədə razılığa gəliblər. İyun ayında Azərbaycan və Ermənistan prezidentləri növbəti danışıqların yerini və vaxtını təyin edəcəklər.
Tehsil-press.az[/size]