İstanbulun Şilə rayonunda keçirilən əməliyyat nəticəsində 22 nəfər saxlanılıb.Onlar rüşvət alma və tender saxtakarlığı ilə bağlı şübhəli bilinirlər.
Xatırladaq ki, bu il iyulun 10-da İstanbul prokurorluğu tərəfindən başlanmış cinayət işi nəticəsində altı şübhəli, o cümlədən Şilə bələdiyyəsinin meri Özgür Kabaqay həbs olunmuşdu.
Məhkəmə qərarı ilə Şilə bələdiyyəsinin meri Özgür Kabaqay və bələdiyyə rəsmiləri Oğuz Kaçmaz, Tuncay Tolga Özçakmak, Əli Şafak və Evren Buçxan həbs olunub. Eyni zamanda, bələdiyyə məmuru Aslı Kotu polis nəzarətinə alınıb.
Tehsil-press.az






