İçərişəhərdə video-çəkilişlərin aparılması ilə bağlı yeni qaydalar olacaq

İçərişəhərdə video-çəkilişlərin aparılması ilə bağlı yeni qaydalar olacaq Yaxın müddətdə İçərişəhərdə video-çəkilişlərin aparılması ilə bağlı yeni qaydalar istifadəyə veriləcək.

Bunu cavab olaraq "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinin üzvü Fuad Xəlilov ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O qeyd edib ki, burada bir məsələ hər hansı bir blogerin çəkiliş aparmaq istəməsi, ikinci məsələ isə çəkiliş üçün ağır texnikanın istifadənin vacibliyidir:

"Biz də istəyirik ki, İçərişəhər ərazisində çəkilişlər aparılsın, amma burada müəyyən bölgü və qaydalar var. Yəni hər hansı bir bloger təşəbbüs göstərib gəlmək və burada çəkiliş etmək istəyirsə, təbii ki, biz onu qarşılamağa hazırıq. Amma hər hansı ağır texnikadan, xüsusi vasitələrdən istifadə olunacaqsa, buna baxmalı, araşdırmalı və onlara uyğun şərait yaratmalıyıq".

Tehsil-press.az

Oxşar xəbərlər