
Təhsil-press.az məlumatına görə, Komitə sədri Mübariz Qurbanlı jurnalistlərə bildirib ki, bəzən dini abidələrdə çəkiliş aparır, mahnı oxuyur və dini həssalığı nəzərə almırlar:
"Bu isə sonradan müəyyən problemlərin yaranmasına səbəb olur. Bütün dini abidələrdə, istər senaqoq olsun, istər kilsə, istərsə də məscid - çəkiliş apararkən diqqətli və həssas olmaq lazımdır ki, sonradan problemlər ortaya çıxmasın. Qanunda bununla bağlı məsələ əksini tapmayıb, ancaq bu, mənəviyyat məsələsi olduğuna görə, diqqətlə yanaşılmalıdır. Gələcəkdə bu məsələ ilə bağlı qanuna dəyişikliyin edilməsi nəzərdə tutulur”.
Təhsil-press.az