Mütəxəssis virusların qəsdən yayılması ilə bağlı səsləndirilən fikirləri əsassız və elmi əsasdan kənar adlandırıb.
"Ciddisiniz? Hər il payız-qış mövsümündə respirator viruslar baş qaldırmırmı? İndi tutaq ki, kənardan virus gətirmək mümkündür, bəs sovet dövründə bundan da ağır epidemiyalar yaşanıb, onda kim yayırdı bu virusları?" - deyə o bildirib.
V.Qarayev qeyd edib ki, belə əsassız iddialar yaymaq əvəzinə, valideynlər övladlarını qorumağa çalışmalıdır:
"Uşaq xəstədirsə, təcrid edin, gigiyenik qaydalara riayət edin, maskadan istifadə edin. İndi hamı uşaqlarını bayram tədbirlərinə aparacaq və nəticədə virus daha geniş miqyasda yayılacaq. Deməli, virusu özümüz yayırıq".
Tehsil-press.az









