Koronavirus təxminən 150 dəfə mutasiyaya uğrayıb - Çinli alimlər

Koronavirus təxminən 150 dəfə mutasiyaya uğrayıb - Çinli alimlər Çində koronavirus infeksiyası başlayandan sonra virus təxminən 150 dəfə dəyişib.
Çinli alimlər müəyyən edib ki, bu müddət ərzində virus daha aqressiv iki yarımtipə bölünüb
Virusların 70 faizi L yarımtipinə, 30 faizi S yarımtipinə aid olub.
Qeyd olunur ki, Uhan şəhərində virus təzə yayılarkən daha çox L yarımtipi qeydə alınıb. Alimlər qeyd edir ki, yanvar ayında L yarımtipi yayılması tezliyi azalmağa başlayıb.
Müşahidələr nəticəsində məlum olub ki, L yarımtipi S yarımtipi ilə müqayisədə daha aqressivdir. İnsan müdaxiləsi hər iki yarımtipin daha geniş yayılmasının qarşısını alıb.

Tehsil-press.az

Oxşar xəbərlər