Üzərinə məhəccər aşan azyaşlının SON HALI...

Üzərinə məhəccər aşan azyaşlının SON HALI... Bakının Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş verən qəza nəticəsində xəsarət alan uşaq reanimasiyaya yerləşdirilib.

Izləyicilərdən birinin bloger Saleh Nəsirova verdiyi məlumata görə, azyaşlı başından ağır yaralanıb.

“Bu uşaq 25 dekabrdan MKX-da reanimasiyadadır. Hazırda vəziyyəti ağırdır. Beyin travması alıb. Uşağı polis əməkdaşları vaxtında xəstəxanaya çatdırıblar. Vuranlardan sedan avtomobilinin sahibi ilk gündən maraqlanır. Lakin cipin sahibinin ML olduğu bildirilir; o, yalnız dünən gəlib. Allah 10 yaşlı Sərxan balaya kömək olsun. Bu uşaq mənim qızımın sinif yoldaşıdır. Həmin gün məktəbdə bayram tədbiri keçirilirdi, əlindəki qırmızı bağlama hədiyyəsidir. Zərbə çox güclü olub. Anasının göz yaşı qurumur.”deyə, bildirilib.

Tehsil-press.az

Oxşar xəbərlər