Bu barədə açıqlamasında "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov deyib.
O, bildirib ki, Nəsimi Nəbizadə paytaxtın Səbail rayonu, Nizami küçəsindəki kafedən yoxa çıxıb:
"Nəsimi müəllimə hər cür yardım edirdik. Sonuncu dəfə dişlərini düzəltdirmək üçün Sumqayıta həkimə apardım. İki gün öncə dedi ki, ürəyim sıxılır, gəzmək istəyirəm. Mən də bununla birlikdə gəldik Nizami küçəsinə. Orada restoranda çörək yedik. Sonra çıxıb gəzdik, söhbətləşdik. Axırda gəldik kafedə çay içməyə. Kafedə əyləşib, çay sifariş verdik. Mən getdim əlimi yumağa. Qayıtdım ki, Nəsimi stolda yoxdur. Düşündüm ki, yəqin ayaqyoluna gedib. Dörd saat kafedə gözlədim, gördüm yoxdur. Bildim ki, Nəsimi Nəbizadə qaçıb".
C.Salmanov bildirib ki, mərkəzin əməkdaşları dərhal Nəsimi Nəbizadənin Saray qəsəbəsindəki ata evinə gediblər:
"Evə getdik, qardaşı Elnur açdı qapını, dedi ki, evə gəlməyib. Hazırda axtarışlarımız davam edir. Biz yenə də ümidimizi üzmürük, qayıdacağını gözləyirik".
Tehsil-press.az












