
Tədbirdən əvvəl iştirakçılar universitetin foyesində Tusi tərtibat və dizayn mərkəzi tərəfindən təşkil edilmiş “Nəsimi 650” sərgisi ilə tanış olublar.
Açılış nitqi ilə çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il noyabrın 15-də böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsi üçün Sərəncam imzaladığını, 2019-cu ilin “Nəsimi ili” elan olunduğunu xatırladıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, professor Rəhim Əliyev qüdrətli söz ustadı İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. O, şairin zəngin bədii-fəlsəfi irsini təhlil edib.
Tədbir bədii-musiqili hissə ilə davam edib.
Tehsil-press.az