Trampın bu addımı Azərbaycana böyük zərbə olacaq - Fazil Mustafa DANIŞDI

Trampın bu addımı Azərbaycana böyük zərbə olacaq - Fazil Mustafa DANIŞDI ABŞ hökuməti Venesuelanın neft sənayesi üzərində nəzarəti təsis etmək üçün genişmiqyaslı plan üzərində işləyir. Məlumata görə, ABŞ Prezidenti Donald Tramp hesab edir ki, bu təşəbbüs neftin qiymətini bir barel üçün 50 dollara qədər endirməyə kömək edəcək.

Bu qiymət enişi neft ölkəsi olan Azərbaycanın iqtisadiyyatına necə təsir göstərəcək?

Milli Məclisin komitə sədri, deputat Fazil Mustafa Redaktor.az-a açıqlamasında qeyd etdi ki, bu, birbaşa neft bazası üzərində iqtisadiyyatı qurulmuş ölkələrə, o cümlədən Azərbaycana da ciddi təsirini göstərəcək:

"Daha çox Rusiyayönümlü bir təsir düşünüldüyünə görə, qurunun oduna yaş da yanacaq. Amma bütün hallarda biz hazır olmalıyıq. Bu, bizə böyük bir zərbə olacaq. Bu niyyətin də həyata keçirilməsi mümkündür. Çünki Amerika Birləşmiş Ştatları strateji planlamasında olan məsələlərin çoxunu kimsənin göz yaşına baxmadan həyata keçirir. Biz də buna ciddi hazırlıqlı olmalıyıq. 50 dollar artıq Azərbaycanda da xeyli zərərə işləyən bir iqtisadiyyata gətirib çıxaracaq", - deyə millət vəkili vurğuladı.

Tehsil-press.az

Oxşar xəbərlər