Kolumbiyalı müğənni təyyarə qəzasında HƏLAK OLDU

Kolumbiyalı müğənni təyyarə qəzasında HƏLAK OLDU Kolumbiyada baş verən təyyarə qəzasında pop müğənni Yeison Jimenez və onun qrup üzvləri həyatını itirib.

“El Tiempo” qəzetinin məlumatına görə, musiqiçiləri daşıyan özəl təyyarə Medellin şəhərinə uçuş edirmiş. Qəza hava gəmisinin havaya qalxmasından qısa müddət sonra baş verib. Təyyarədə olan altı nəfərin hamısı həlak olub, sağ qalan olmayıb.

Qeyd edək ki, yanvarın 7-də Rusiyanın Perm diyarının Bardım rayonunda da şəxsi helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində iki nəfər ölüb.

Ölənlər arasında “TATTRANSKOM” nəqliyyat şirkətinin təsisçisi İlyas Gimadutdinovun da olduğu bildirilir.

Kolumbiyalı müğənni təyyarə qəzasında HƏLAK OLDU


Tehsil-press.az

Oxşar xəbərlər