Priqojının ölümü rəsmən təsdiqləndi

Priqojının ölümü rəsmən təsdiqləndi Rusiyanın İstintaq Komitəsi “Vaqner” özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojının ölümünü rəsmən təsdiqləyib.
Bu haqda Rusiya Federasiyası İstintaq Komitəsi məlumat yayıb.
“Tver vilayətində baş vermiş təyyarə qəzasının təhqiqatı çərçivəsində molekulyar-genetik ekspertizalar başa çatıb. Onların nəticələrinə əsasən ölən 10 nəfərin hamısının şəxsiyyəti müəyyən edilib, bu, uçuş vərəqəsində göstərilən siyahıya uyğundur”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, avqustun 23-ü “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsi Rusiyanın Tver vilayətində qəzaya uğrayıb. Baş verən təyyarə qəzasında 10 nəfər ölüb.

Tehsil-press.az


Oxşar xəbərlər