Damazlıq heyvandarlığa ayrılan dövlət vəsaitində 5,1 milyon manatlıq uyğunsuzluq aşkarlanıb

Damazlıq heyvandarlığa ayrılan dövlət vəsaitində 5,1 milyon manatlıq uyğunsuzluq aşkarlanıb Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə damazlıq heyvandarlıq sahəsinə ayrılmış dövlət dəstəyinin icrası zamanı ciddi uyğunsuzluqlar aşkarlayıb.

Bu barədə Hesablama Palatasının apardığı səmərəlilik auditi nəticəsində məlum olub.

Belə ki, "Damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında iltizam" sənədlərinin şərtləri nəzərə alınmaqla aparılmış monitorinqlər zamanı fermer təsərrüfatlarında faktiki mövcudluğu aşkar edilməmiş 4 456 baş iri və xırdabuynuzlu damazlıq heyvan müəyyən edilib.

Həmin heyvanların dəyərinin 60% güzəşti üzrə dövlətin maliyyələşdirdiyi vəsaitin məbləği 5 milyon 127 min 534.4 manat təşkil edib.

Bununla yanaşı, nazirliyin daxili nəzarət qaydasında apardığı monitorinqlər nəticəsində 86 baş Simmental cinsli damazlıq heyvanın alıcısı olan bir təsərrüfatda həmin heyvanların da faktiki mövcudluğu təsdiqlənməyib. Eyni zamanda, agentliyin apardığı monitorinqlərin sənədlərində "tələf olma" adı altında qeydə alınmış, lakin mövcudluğu təsdiqlənməyən 38 baş damazlıq heyvan da aşkar edilib.

Qeyd olunan hallarla bağlı damazlıq heyvanların dəyərinin 60%-lik güzəşti üzrə maliyyələşdirilmiş məbləğlərdə yaranmış çatışmazlığın bərpa edilməsi tələb olunsa da, bu istiqamətdə tədbirlər bu günə qədər icra edilməyib və məsələ hazırda izlənilmə mərhələsindədir.

Tehsil-press.az


Oxşar xəbərlər