Final mərhələsinin qalibləri 25 sentyabr – 5 oktyabr tarixlərində Vyetnamın Hanoy şəhərində keçiriləcək XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirak etmək məqsədilə xüsusi hazırlıq proqramına cəlb olunacaqlar.
Hazırlıq dərsləri Bakı Dövlət Universiteti və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən universitetdə və mərkəzdə təşkil ediləcək. Bundan əlavə, beynəlxalq olimpiadaya seçilmiş komanda üzvləri üçün N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında birhəftəlik yay düşərgəsi keçiriləcək. Həvəskar Astronomlar Cəmiyyəti isə məktəblilərə teleskoplardan istifadə qaydaları üzrə praktiki təlimlər keçəcək.
Komandanın Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi ilə həyata keçirilir.
Qeyd edək ki, VI Azərbaycan Astronomiya Olimpiadası Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumunun baş sponsorluğu ilə təşkil olunur.
Tehsil-press.az








