Mərhum jurnalist Mənsur Ələkbərovun doğum günüdür

Mərhum jurnalist Mənsur Ələkbərovun doğum günüdür Bu gün mərhum jurnalist, şair, Azərbaycan Tibb Universitetinin (ATU) “Təbib” qəzetinin məsul katibi olmuş Mənsur Ələkbərovun doğum günüdür.

Mənsur Ələkbərov yaşasaydı bu gün 63 yaşını qeyd edəcəkdi.

Xatırladaq ki, Mənsur Abbas oğlu Ələkbərov 13 yanvar 1963-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Subatan kəndində doğulub. 1981-ci ildə orta məktəbi bitirib.

1988-ci ildə Azərbaycan Dövlət Universitetinin "Kitabşünaslıq və nəşr işi" fakültəsinə daxil olub və təhsilini davam etdirməklə bərabər M.F.Axundov adına dövlət kitabxanasında Elmi-metodiki şöbədə redaktor, baş redaktor vəzifələrində çalışıb.

1993-cü ildə həmin fakültəni poliqrafiya ixtisası üzrə başa vurub.

1997-ci ildən Azərbaycan Tibb Universitetinin mətbu orqanı olan "Təbib" qəzetində məsul katib işləyirdi.

Bu illər ərzində yüzlərlə ədəbi-publisistik məqalələri, bədii yazıları, şeirləri dövrü mətbuatda işıq üzü görüb, onlara kitaba redaktorluq edib.

Allah rəhmət eləsin.

Tehsil-press.az

Oxşar xəbərlər