Şair Dəmir Gədəbəyli vəfat edib

Şair Dəmir Gədəbəyli vəfat edib Tanınmış şair, filologiya elmləri doktoru Dəmir Gədəbəyli vəfat edib.
Bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.
Mərhum şair bu gün dəfn ediləcək. Onun xəstəxanada dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, bir müddət əvvəl insult keçirən Dəmir Gədəbəyli xəstəxanaya yerləşdirilimişdi. Bu il martın 27-də onun 80 yaşı tamam olub.
Dəmir Qasımov (Gədəbəyli) Gədəbəyin Ataxal kəndində anadan olub. 1961-ci ildə ADU-nun filologiya fakültəsini bitirib. 1975-ci ildə namizədlik, 1989-cu ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1961-1991-ci illərdə AzTV-də müxbir, redaktor və məsul katib işləyib. 1991-1994-cü illərdə "20 yanvar" qəzetinin baş redaktoru olub. Elza İbrahimovanın bəzi mahnılarının söz müəllifidir. Onun şeirləri alman, ingilis, rus, yunan, rumın, çex, bolqar, macar və.s dillərə tərcümə edilib. O, filologiya elmləri doktoru, professor kimi bir sıra ali məktəblərdə pedeqoji fəaliyyətlə məşğul olmuşdu.
Allah rəhmət eləsin!

Tehsil-press.az
İnformasiya Agentliyi

Oxşar xəbərlər