Tanınmış jurnalist vəfat etdi

Tanınmış jurnalist vəfat etdi "Təbib" qəzetinin məsul katibi, şair, jurnalist Mənsur Ələkbərov vəfat edib.

Bu barədə Tibb Universitetindən məlumat verilib.

Ələkbərov Mənsur Abbas oğlu 13 yanvar 1963-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Subatan kəndində doğulub.

1988-ci ildə Azərbaycan Dövlət Universitetinin "Kitabşünaslıq və nəşr işi" fakültəsinə daxil olub və təhsilini davam etdirməklə bərabər M.F.Axundov adına dövlət kitabxanasında Elmi-metodiki şöbədə redaktor, baş redaktor vəzifələrində çalışıb. 1993-cü ildə həmin fakültəni Poliqrafiya ixtisası üzrə başa vurub. 1997-ci ildən Azərbaycan Tibb Universitetinin mətbu orqanı olan "Təbib" qəzetində məsul katib işləyirdi.

Tehsil-press.az

Oxşar xəbərlər