Kəndlərdən Bakıya axın var, gec olmadan... - Deputat

Kəndlərdən Bakıya axın var, gec olmadan... - Deputat Sərhəd kəndlərinin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var.

Bununla bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin bugünkü iclasında çıxış edib.

O qeyd edib ki, Azərbaycanda 4200-dən çox kənd var:

"Kəndlərdən üzü rayon mərkəzinə, oradan isə Bakıya böyük axın var. Kəndlərin miqrasiya səbəbindən boşalması ciddi problemlərə gətirib çıxarır. Ona görə, düşünürəm ki, gec olmadan ucqar, sərhəd kəndlərin inkişafı ilə əlaqədar dövlət proqramı hazırlanmalıdır".

Qeyd edək ki, statistik məlumatlara görə, Azərbaycanda 64 rayon, 11 respublika tabeli şəhər, 6 rayon tabeli şəhər, 12 şəhər rayonu, 262 qəsəbə, 190 qəsəbə ərazi dairəsi, 40 sahə ərazi dairəsi, 1724 kənd ərazi dairəsi və 4244 kənd var.

Ərazisinə görə ən böyük rayon Quba, ən kiçik rayon isə Tərtər rayonudur.

Tehsil-press.az

Oxşar xəbərlər