Bir neçə gün öncə müalicə aldığı xəstəxanadan evə buraxılan Xalq şairi Nəriman Həsənzadənin yeni görüntüsü yayılıb.Sosial şəbəkələrdə paylaşılan görüntüdə 94 yaşlı Xalq şairi yazı makinasının arxasında əyləşərək yeni əsəri üzərində çalışır.
Görüntülər Nəriman Həsənzadənin səhhətində müsbət dinamikanın olduğunu göstərməklə yanaşı, onun yaradıcılıq enerjisinin və ruh yüksəkliyinin illərə meydan oxuduğunu bir daha nümayiş etdirir. Uzun illər Azərbaycan ədəbiyyatına dəyərli əsərlər bəxş edən sənətkarın bu görüntüləri izləyicilər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Xatırladaq ki, Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar olaraq bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.
Tehsil-press.az














