Şagirdi döyən məktəb direktoru ilə bağlı araşdırma başlandı - RƏSMİ+VİDEO

Şagirdi döyən məktəb direktoru ilə bağlı araşdırma başlandı - RƏSMİ+VİDEO Sosial mediada yayılan və yeniyetməyə qarşı uyğunsuz davranışın əks olunduğu görüntülərlə bağlı bildiririk ki, hadisədə iştirak edən şəxslərin kimliyini və görüntünün nə zaman çəkildiyini dəqiq müəyyən etmək üçün araşdırma aparılır.

Bu barədə "Azərbaycan müəllimi"nə Mil-Muğan Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilir ki, şagirdi vuran şəxsin İmişli rayonu Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru olması ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirib-etdirmədiyi nəzarətə götürülüb:

"Yayılan görüntü ilə bağlı aparılan araşdırmanın gedişində hadisənin bütün detalları dəqiqləşdiriləcək və ictimaiyyətə məlumat veriləcək. Media nümayəndələrini proses yekunlaşana qədər yalnız rəsmi mənbələrə istinad etməyə çağırırıq", məlumatda vurğulanıb.

Qeyd edək ki, sosial şəbəkələrdə məktəb direktorunun şagirdi döyməsi ilə bağlı iddialar və hadisəni əks etdirən görüntülər yayılıb. İddialara görə, hadisə İmişli rayon Hacalmuradlı kənd Q. Tarverdiyev adına tam orta məktəbdə baş verib. Şagirdin məktəbin direktoru Ruslan İbayev tərəfindən döyüldüyü bildirilir.



Tehsil-press.az

Oxşar xəbərlər