Mehriban Ələkbərzadəyə vəzifə verildi

Mehriban Ələkbərzadəyə vəzifə verildi Teatrlarda növbəti kadr dəyişiklikləri həyata keçirilib. Tehsil-press.az xəbər verir ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq teatr sahəsində aparılan islahatlar davam edir.
Mədəniyyət və turizm nazirinin müvafiq əmrlərinə uğun olaraq respublika teatrlarında kadr dəyişikliyi aparılıb. Belə ki, “Yuğ” Dövlət Teatrının direktoru Tərlan Rəsulov, habelə baş rejissor Gümrah Ömərov öz ərizələri ilə tutduğu vəzifələrdən azad edilib, Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə “Yuğ” Dövlət Teatrının baş rejissoru təyin edilib.
Digər əmrlə Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadəyə “Yuğ” Dövlət Teatrının direktoru vəzifəsinin müvəqqəti icrası həvalə edilib.
Qeyd edək ki, M. Ələkbərzadə Lənkəran Dövlət Dram Teatrı və Akademik Milli Dram Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib. O, 2003-cü ildə Naxçıvan MR-nın Əməkdar İncəsənət Xadimi, 2013-cü ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adınlarına layiq görülüb.
Ələkbərzadə AMEA-nın "Yeni tarix" şöbəsinin elmi işçisidir.

Tehsil-press.az


Oxşar xəbərlər