BSU: Yeni ixtisaslar üzrə təhsil alan tələbələrin sayı nəzərdə tutulduğundan çox olub

BSU: Yeni ixtisaslar üzrə təhsil alan tələbələrin sayı nəzərdə tutulduğundan çox olub Bakı Slavyan Universitetində (BSU) bakalavriat səviyyəsində yeni açılan iki ixtisas - psixologiya və korreksiyaedici təlim ixtisaslarına maraq artır. Hazırda psixologiya ixtisası üzrə 37 tələbə, korreksiyaedici təlim ixtisası üzrə 41 tələbə təhsil alır.
Bu ixtisaslar üzrə təhsil alan tələbələrin sayı nəzərdə tutulduğundan çox olub.
Xatırladaq ki, III ixtisas qrupu üzrə qəbul aparılan ixtisaslara ümumilikdə 30 yer ayrılmışdı. Birinci ixtisas psixologiya elminin hər bir sahəsinin inkişafının fundamental əsasını təşkil edir. Bu sahədə savadlı və peşəkar kadr hazırlamaq üçün universitetin təcrübəli professor-müəllim heyəti fəaliyyət göstərir. Bu ixtisası seçən abituriyentlər gələcək xəyallarını gerçəkləşdirib peşəkar psixoloq ola bilərlər.
Korreksiyaedici təlim ixtisasında təhsil proqramının reallaşdırılması, yüksək təlim nəticələrinə yiyələnmiş rəqabətqabiliyyətli mütəxəssislər yetişdirilir. Yeni ixtisas üzrə gələcək mütəxəssislər sağlamlıq imkanları məhdud olan uşaqlar üçün dövlət müəssisələrində, ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində, psixologiya və reabilitasiya mərkəzlərində ixtisas istiqamətindən asılı olaraq defektoloq, xüsusi müəllim, loqoped və s. kimi fəaliyyət göstərə bilərlər.

Tehsil-press.az



Oxşar xəbərlər