BDU-da elmi seminar: Autizmli uşaqlarla sosial iş

BDU-da elmi seminar: Autizmli uşaqlarla sosial iş Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Pedaqogika kafedrasının təşəbbüsü ilə “Autizmli uşaqlarla sosial iş” mövzusunda elmi seminar olub.
Tədbirdə Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov mövzu ilə bağlı fikirlərini bildirib. O, qeyd edib ki, sosial psixoloji yardım və korreksiyaedici təlim ixtisaslarında təhsil alan tələbələr üçün elmi seminarın böyük əhəmiyyəti olacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2 saylı Uşaq Reabilitasiya Mərkəzinin direktoru, “House of Dreams” Cəmiyyətə İnteqrasiya Mərkəzinin təsisçisi Nərgiz Əliyeva diqqətə çatdırıb ki, bugünkü görüş Sosial elmlər və psixologiya fakültəsi ilə səmərəli əməkdaşlığın əsasını qoymaqla yanaşı, tələbələrin autizmdən əziyyət çəkən insanlarla işləmək bacarıqlarına yiyələnmələrində önəmli rol oynayacaq.
ABŞ-ın Adelfi Universitetində Xüsusi pedaqogika kafedrasının assistenti, təhsil elmləri doktoru Stiven Shore valideynlərinin böyük fədakarlığı və güclü dəstəyi ilə bu xəstəliyə qalib gəldiyini bildirib. O, öz şəxsi təcrübəsi ilə bağlı tələbələrə məlumat verib və autizm xəstəliyinin öhdəsindən gəlmək üçün uşaqlarda müvafiq sosial bacarıqların formalaşdırılması yollarından danışıb.
Sonra müzakirələr aparılıb.

Tehsil-press.az



Oxşar xəbərlər