“Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva cinayət məsuliyyətinə cəlb edilib.Könül külli miqdarda dələduzluqda ittiham olunur.
K.Həmzəyeva istintaqdan qaçıb gizləndiyi üçün axtarışa verilib. Hazırda Xəzər Rayon Polis İdarəsində istintaq aparılır.
Qeyd edək ki, 1 ay əvvəl tanınmış influenser Fidan Zeyn və Azerina da K.Həmzəyevadan şikayət edib. Onlar Xətai Rayon Polis İdarəsinə müraciət edib və Könülün onların 150 min manatını mənimsədiyini bildirib.
Tehsil-press.az













